Siyavuş Novruzov gecələr ona gələn zəngləri “Ərəb baharı” ilə əlaqələndirməsinə aydınlıq gətirib

Siyavuş Novruzov gecələr ona gələn zəngləri “Ərəb baharı” ilə əlaqələndirməsinə aydınlıq gətirib
17:42 3 Fevral 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov gecələr xarici ölkələrdən ona gələn zəngləri "Ərəb baharı" ilə əlaqələndirməsinə aydınlıq gətirib.
S.Novruzov "Report"a açıqlamasında deyib ki, "Ərəb" baharı"nda da belə hallar olub. O bildirib ki, mobil telefon vasitəsilə müxtəlif kütləni idarə edirlər: "Bu məsələ ilə bağlı xarici ölkələrin təcrübəsini öyrənmişik. Bunun qarşısı alınmalıdır. Bu tendensiyanın təhlükəli olduğunu düşünürəm. İstənilən zəngin mənbəyini öyrənmək lazımdır ki, kim və haradan zəng edir? Bu, xarici ölkələrdən gələn qeyri-müəyyən zənglərdir. Araşdırılmalıdır ki, bu zənglər nə səbəbə edilir? Gecəyarısı niyə zəng edilsin ki? Bunlar şübhə yaradır. Ona görə də aidiyyatı qurumlar bu məsələni aydınlaşdırmalıdır".
S.Novruzov bu məsələ ilə bağlı digəri ehtimallarını da bölüşüb: "Ola bilər, bəziləri danışıq konturu oğurlamağa çalışır. Bəlkə də məqsəd başqadır. Bir müddət əvvəl, erməniləri öyrədirdilər ki, müxtəlif adamlara zəng etsinlər, sonra da desinlər, ermənilərlə işbirliyindədir. Yəni, müxtəlif təxribatlar ola bilər. Bir çox siyasətçilərə də belə zənglər gəlir, onlar mənim Milli Məclisin fevralın 2-də keçirilən plenar iclasında çıxışımdan sonra əlaqə saxladılar, narahat olduqlarını dedilər. Bildirdilər ki, onlara da müxtəlif ölkələrə məxsus nömrələrdən zənglər gəlir".
YAP rəsmisi daxil olan zənglərin araşdırılması üçün aidiyyatı dövlət qurumlarına müraciət edib.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/siyavus-novruzov-geceler-ona-gelen-zengleri-ereb-bahari-ile-elaqelendirmesine-aydinliq-getirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR