Rusiyalı hərbi pilotlar Ermənistanda "MiQ-29" qırıcılarında uçmağa başlayıblar

Rusiyalı hərbi pilotlar Ermənistanda "MiQ-29" qırıcılarında uçmağa başlayıblar
17:47 3 Fevral 2017
119 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiyanın Ermənistandakı Erebuni aviabazasının pilotları dördüncü nəsil qırıcılar sinifinə aid "MiQ-29" təyyarələrində uçmağa başlayıblar.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"İlkin təlimlərdə "MiQ-29" qırıcılarının pilotları müəyyən edilmiş marşrutlar üzrə uçaraq gündüz vaxtı uçuş, hava kəşfiyyatı üçün uçuş, dağlıq ərazidə uçuş və eniş üzrə ilkin elementləri məşq edəcək", - Cənub Hərbi Dairəsinin (CHD) məlumatında bildirilir.
CHD-nin hərbi pilotları 2017-ci ildə Ermənistanda Kəmxud və Alagöz yüksək dağ poliqonlarında keçiriləcək komando-qərargah, uçuş-taktiki, taktiki və taktiki-xüsusi təlimlər zamanı həm aviabirləşmələrin tərkibində, həm də motoatıcı, tank, artilleriya bölmələri ilə qarşılıqlı əlaqəli şəkildə 100-dən çox müxtəlif tapşırıqlar yerinə yetirəcəklər. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyali-herbi-pilotlar-ermenistanda-miq-29-qiricilarinda-ucmaga-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR