Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 3 dəfəyə yaxın üstələyib

Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi 3 dəfəyə yaxın üstələyib
17:47 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104001547 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə “Report”a BFB-dən bildirilib.
Məlumata görə, hərraca 9 investor 21 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 41 647 200 manat təşkil edib. Sifarişlər 80,09 manat (25,1349%) - 86,3 manat (16,0507%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 84,4604 manat (18,6025%) orta ölçülmüş qiyməti 84,6451 (18,3413%) olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar fevralın 6-da həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15 mln. manat təşkil edib.
Qiymətli kağızların ödəmə tarixi 2 fevral 2018-ci ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dovlet-istiqrazlari-ile-bagli-herracda-teleb-teklifi-3-defeye-yaxin-usteleyib-111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR