Fransanın xüsusi qrupu AZƏRBAYCANDA - Bazardüzü PLANI

Fransanın xüsusi qrupu AZƏRBAYCANDA - Bazardüzü PLANI
18:03 3 Fevral 2017
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransa və Rusiyadan olan peşəkar alpinistlər qrupu Azərbaycanın görməli yerlərinə səyahətə başlayıb.

Publika.az xəbər verir ki, 7 nəfərlik qrup “Qafqaz-2017” layihəsi çərçivəsində ölkəmizə gələn alpinistlər səyahətlərinə paytaxt Bakıdan başlayacaqlar.

Alpinistlər səyahətləri zamanı yalnız velosiped və xizəkdən istifadə edir.

Fevralın 3-də Qubaya gələn qonaqlar qarşıdakı günlərdə Xınalıq kəndini gəzəcək, Bazardüzü zirvəsinə qalxacaqlar. Dağlıq ərazidən İsmayıllıya keçəcək alpinistlər daha sonra Şəki, Qəbələ və digər dağlıq rayonlarda olacaqlar.

Fransalı alpinist Loran Niknifer səfərin əsas məqsədinin Qafqazı yaxından tanımaq, buranın təbiəti, eyni zamanda, yerli əhalinin yaşayış tərzi barədə məlumat almaq olduğunu deyib.

Azərbaycanda 23 gün olacaq alpinistlər Rusiya və Gürcüstanda da olacaq. Onlar Qafqazı gəzdikdən sonra Avropaya qayıdacaqlar.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/186340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR