"Maaş verə bilmiriksə, ot örtüyünü necə dəyişək?" - AZAL-ın baş məşqçisi

"Maaş verə bilmiriksə, ot örtüyünü necə dəyişək?" - AZAL-ın baş məşqçisi
18:05 3 Fevral 2017
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XVI turunda "Qarabağ" səfərdə AZAL-ı 2:1 hesabı ilə məğlub edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında AZAL-ın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Çalışdıq ki, qol buraxmayaq. Qarşıda bizim 12 oyunumuz var. Ağır oyunlar gözləyir. Yeni oyunçulara gəlincə, Madonun artıq çəkisi var. Yəqin ki, "Qəbələ" ilə oyunda meydanda olacaq. Digər oyunçular mənim çox xoşuma gəldi.

- Qırmızı vərəqə epizodu haqda nə deyə bilərsiniz?

- Bu barədə heç bir şərh vermək istəmirəm. Məncə, bu sualı qarşı tərəfə versəniz, daha yaxşı olar. Hakimlikdə səhvlər onsuz da var. Biz danışsaq da, danışmasaq da, onsuz da var. Əgər qırmızı vərəqə verilibsə, deməli, var.

- Ot örtüyü bir çox futbolçunu uzun müddət futboldan edib. Bu dəfə də Dani Kintana...

- Məni ot örtüyü düşündürmür. Biz futbolçuların maaşını verə bilmiriksə, ot örtüyünü necə dəyişək?

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR