Respublikaçı senator: “Konqres və Ağ Ev Rusiyanı cəzalandırmasalar, qane olan deyiləm”

Respublikaçı senator: “Konqres və Ağ Ev Rusiyanı cəzalandırmasalar, qane olan deyiləm”
18:22 3 Fevral 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

Senatın 2 üzvü Rusiyanın ABŞ-dakı seçkilərə və digər dövlətlərdə keçirilən demokratik seçkilərə müdaxiləsi ilə əlaqədar ikipartiyalı təhqiqata başladıqlarını açıqlayıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, respublikaçı senator Lindsi Qrem (Lindsey Graham) və demokrat senator Şeldon Uaythaus (Sheldon Whitehous) Senatın Terrorçuluq və cinayətkarlıq alt komitəsində çıxış edərək deyiblər ki, Rusiyanın müdaxilələri ilə bağlı komitədə açıq və qapalı dinləmələr təşkil edəcəklər. "Bizim məqsədimiz sadədir - Rusiyanın demokratiyanın dağıdılmasına yönələn fəaliyyətinə daha çox işıq salmaq", - deyə senatorların açıqlamasında bildirilir. Onlar qeyd ediblər ki, məqsəd Rusiyanın ABŞ seçkilərindəki rolunu tam anlamaq, Rusiyanın digər demokratik dövlətlərdə keçirilən seçkilərə təsir məqsədilə istifadə etdiyi metodları öyrənmək və gələcəkdə eyni halların baş verməsinin qarşısını almaqdır.
 
"Konqres və Ağ Ev səylərini birləşdirib, bizim seçkilərə qarışmaq cəhdinə görə Rusiyanı cəzalandırmasalar, mən qane olan deyiləm", - deyə respublikaçıların nüfuzlu simalarından olan L.Qrem bəyan edib. O, Rusiyanı cəzalandırmaq məqsədilə yeni qətnamə layihəsi hazırladığını söyləyib: "Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi zəruridir".    
 
L.Qremin sözlərinə görə, prezident Tramp Putinə güzəşt etməməlidir: "Əgər Donald Tramp Putini bizim seçkilərdə yol verdiyi əməllərə görə bağışlasa, bu, zəifliyin açıq nümayişi olacaq və dünyada qeyri-sabitlik güclənəcək". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR