Ancelina Coli qaçqınlara belə dəstək oldu

Ancelina Coli qaçqınlara belə dəstək oldu
18:31 3 Fevral 2017
91 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Ancelina Coli ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı verdiyi sərəncama etirazını bildirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "New York Times" qəzetinə müsahibə verən aktrisa ölkə rəhbərinin siyasətini anlamadığını bildirib. O, miqrantların terrorçu deyil, daha çox terror qurbanları olduqlarını vurğulayıb:

"Qlobal miqrant böhranı və terrorçu təhdidi qarşısında sərhədlərimizi necə qorumağımızı düşünməliyik. Amma qərarı qorxularımızla deyil, gerçəklərə əsaslanaraq veməliyik".

Ancelina hər biri başqa ölkələrdə doğulan 6 uşağının olduğunu da xatırladaraq qeyd edib:

"Ölkəmizin bütün millətlərdən olan uşaqlar üçün təhlükəsiz yer olmasını istəyirəm".

Xatırladaq ki, bu fərmandan sonra D.Tramp ilk dəfə deyil ki, tənqid olunur. Bundan əvvəl ölkə rəhbərinin siyasətinə aktyor Eşton Katçer, Arnold Şvartseneqqer, müğənni Madonna və digər ulduzlar da narazılıqlarını bildirmişdilər. 

Qeyd edək ki, ABŞ prezidentinin verdiyi yeni sərəncama əsasən, Suriya, İran, Sudan, Liviya, Somali, Yəmən və İraq vətəndaşları sığınacaq üçün ABŞ-a müraciət edə bilməzlər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR