Masallıda evə basqın: ev sahibi bıçaqlandı

Masallıda evə basqın: ev sahibi bıçaqlandı
18:37 3 Fevral 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda evə basqın olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb. Kənd sakini Nazim Mirzəcan oğlu Məmmədova məxsus evə axşam saatlarında oğrular daxil olaraq oradan bir ədəd noutbuk və başqa bir neçə qiymətli əşya oğurlayıblar. Səs-küyə oyanan ev sahibi müdaxilə etmək istəyəndə oğrular ona bıçaqla xəsarət yetiriblər.
 
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə oğurluqda şübhəli bilinən rayon sakinləri Ramil Əfsər oğlu Əsədov Vüsal Baləsər oğlu Şükürov saxlanılıblar.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/514151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR