Gənclər Günü münasibəti ilə tədbir keçirilib

Gənclər Günü münasibəti ilə tədbir keçirilib
18:37 3 Fevral 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Sabunçu rayon İcra Hakimiyyətinin və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər Günü münasibəti ilə Sabunçu rayon Gənclər Evində tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu rayon gəncləri iştirak ediblər.

Tədbir Dövlət Himni ilə açıq elan olunub. Gənclər günü münasibəti ilə videoçarx nümayiş olunub.Daha sonra çıxışçılar gəncləri bayram münasibəti ilə təbrik edərək, Azərbaycanın inkişafında onların əvəzolunmaz rolundan danışıblar. İl ərzində Sabunçu rayonunun ictimai siyasi həyatında ən fəal iştirak edən gənclərə Fəxri Fərman və hədiyyələr təqdim olunub.
Tədbirdə "Səma" rəqs ansamblının ifasında nümayiş olunan rəqslər, sevilən mügənnilər Leyla Ramazanlının, Aysel Əlizadənin, "Cahan" qrupunun, Nərminə Paşayevanın, Tural Əzimovun, Səbinə Əskərovanın, Mircabbar Mirbabayevin, Nurlan Təhməzlini çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Tədbir muğam üçlüyünün ifası ilə yekunlaşıb.

Milli.Az















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/513994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR