Lukaşenkodan Rusiyaya TƏRS ŞİLLƏ: Azərbaycanın istəyi yerinə yetiriləcək

Lukaşenkodan Rusiyaya TƏRS ŞİLLƏ: Azərbaycanın istəyi yerinə yetiriləcək
18:43 3 Fevral 2017
216 Digər
Ölkə mətbuatı
A- A+

“Belarusun Rusiya və İsrail vətəndaşlığı olan Aleksandr Lapşini Azərbaycana təhvil verməmək üçün heç bir əsası yoxdur”.

Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bunu ötən ilin dekabrında Azərbaycanın tələbi ilə Belarusda saxlanmış bloqer A.Lapşin barədə danışan Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Belarus Prezidenti bildirib ki, Rusiya, İsrail və Azərbaycan A.Lapşinin taleyi barədə razılığa gələ bilər.

Qeyd edək ki, Belarus Baş Prokurorluğu yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi.

Xatırladaq ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar, A.Lapşinin adını "arzuolunmaz şəxslər" siyahısına daxil edib.

Qeyd edək ki, Rusiya Lapşinin Azərbaycana verilməməsində israr edir. Lakin Lukaşenko bu açıqlaması ilə Tərs şillə vurmuş olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/186351.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR