Masallıda evə basqın: ev sahibi bıçaqlandı

Masallıda evə basqın: ev sahibi bıçaqlandı
18:44 3 Fevral 2017
28 Digər
Ölkə mətbuatı
A- A+

Masallı rayonunda evə basqın olub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mahmudavar kəndində qeydə alınıb. Kənd sakini Nazim Mirzəcan oğlu Məmmədova məxsus  evə axşam saatlarında oğrular daxil olaraq oradan bir ədəd noutbuk və başqa bir neçə qiymətli əşya oğurlayıblar. Səs-küyə oyanan ev sahibi müdaxilə etmək istəyəndə oğrular ona bıçaqla xəsarət yetiriblər.

 

Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlərlə oğurluqda şübhəli bilinən rayon sakinləri  Ramil Əfsər oğlu Əsədov və Vüsal Baləsər oğlu Şükürov saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR