"AbŞeron Stoun" komandasının cavan və istedadlı gənclərinin konserti keçirildi - FOTO

"AbŞeron Stoun" komandasının cavan və istedadlı gənclərinin konserti keçirildi - FOTO
19:12 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında KVN "AbŞeron Stoun" komandasının cavan və istedadlı gənclərinin konserti keçirildi. Gənclər özlərinin gözəl aktiyorluq bacarıqlarını, tamaşaçılarının şən səhnəciklərlə güldürməyi baçardılar. Gənc komanda yorulmadan çalışır, artır və hər keçən gün inkişaf edir. Tamaşaçıların rəğbətini qazanmağa çalışırlar. İndi onlar KVN Liqasında çıxışlarına hazırlaşırlar.

Komandanın kapitanı Nurlan Əhmədzadə: "Biz, demək olar ki, iki ay bu konsertə hazırlaşırıq. Bu konsert bizim üçün çox vacib bir konsert idi, çünki bizim ilk solo konsertimiz idi. Düşünürəm ki, biz bu işin öhdəsindən layiqincə gələ bildik. Bizimlə olan hər bir kəsə öz minnətdarlığımızı bildirmək istərdik, həmçinin komandamızın baş redaktoru olan Marat Agamuradova təşəkkür edirik". 

Azərbaycan Gənclər İttifaqınız sədir müavini Əziz Əzizov: "Mən şadam ki, Azərbaycanda belə istedadlı gənclər var. Keyfiyyətli KVN komandalarının olması sevindirir. Bizim gənclər, həqiqətən, bacarıqlı, istedadlı gənclərdir. Onlar bu iqtisadi böhran dövründə insanların həyatına bir az sevinc əlavə edə bilirlər. Əlbəttə ki, oğlanların kifayət qədər təcrübələri yoxdur. Lakin biz ümid edirik ki,  Azərbaycan KVN Liqasının vasitəsi ilə gələcəkdə bütün sahələrdə parlaq gələcəkləri olacaq. Öz dərin təşəkkürlərimi Azərbaycan KVN Liqasının rəhbəri Rəşad Əzizova və direktoru Cavid Şaxbazova bildirirəm. Onlara işlərində müvəfəqiyətlər arzulayıram"
İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/514158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR