Bakı. 3 fevral.REPORT.AZ/ Belarus 2016-cı ildə 1000 kubmetr qaza görə Rusiyaya 107 dollar ödəyib.
“Report” RİA "Novosti” agentliyinə istinadən xəbər veirr ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
“Məhz 132 dollar deyil, 107 dollar. Amma 83 dollar ödənilməli idi. Biz qərar qəbul edərək 2016-cı ildə 83 dolar əvəzinə 107 dollar ödədik.Onlar 132 dollardan hesablayaraq 550 mln. dolları ödəmədiyimizi hesab ediblər”,- A.Lukaşenko bildirib.
Qeyd edək ki, Rusiya ilə Belarus arasında qazla bağlı mübahisə ötən ilin əvvəlindən başlayıb. Həmin vaxt rəsmi Minsk Rusiya qazının qiymətinin ədalətsiz olduğunu bəyan edib və az ödəniş etməyə başlayıb.