"Qarabağ" və "Qəbələ"dən çətin qələbə

"Qarabağ" və "Qəbələ"dən çətin qələbə
19:18 3 Fevral 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk matçında lider “Qarabağ” autsayder AZAL-ın qonağı olub. “Köhlən atlar” bu matçadək son iki oyunda qələbəyə həsrət qalmışdı. Qurban Qurbanovun yetirmələri “təyyarəçilər”lə görüşdə qələbə qazanmaqla, ilk pillədəki yerini qorumağa çalışacaqdı. Amma bu, Ağdam təmsilçisinə elə də asan başa gəlmədi. AZAL-dan Sadio Tounkaranın meydandan qovulduğu görüşdə “Qarabağ” çətinliklə qələbə qazandı - 2:1.

Günün ikinci oyununda isə “Qəbələ” “Neftçi”ylə üz-üzə gəlib. Əslində, bu oyun Qəbələdə yox, Bakıda keçirilməli idi. Amma hava şəraiti üzündən, PFL matçın Qəbələdə keçirilməsinə qərar verdi.

“Qəbələ” cari mövsümün əvvəlki iki oyununda “Neftçi”ni darmadağın etmişdi. Ancaq artıq “ağ-qaralar” yeni transferlərlə xeyli güclənib və “Neftçi” ötən tur “Qarabağ”dan xal almaqla, əvvəlki kimi asan rəqib olmadığını göstərdi. Elə bu oyunda da Bakı komandası əvvəlki kimi, asan həzm olunan rəqib olmadığını ortaya qoydu. Hə, “Qəbələ” yenə qələbə qazandı, ancaq çox çətinliklə. Qəbələ klubunun köhnə-təzə transferi Daniel Subotiçin vurduğu yeganə qol matçın nəticəsini müəyyənləşdirdi - 1:0. Bununla da, turnir cədvəlinin zirvəsindəki vəziyyət dəyişmədi: “Qəbələ” 1 xal geridə olduğu “Qarabağ”ın təqibini davam etdirir.

Turun qalan oyunları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası, 16-cı tur

3 fevral

AZAL - Qarabağ 1:2

Qol: Rəşad Abdullayev, 7 - Maksim Medvedev, 60. Coşqun Diniyev, 63.

Qırmızı vərəqə: Sadio Tounkara, 45+3 (AZAL)

Qəbələ - Neftçi 1:0

Qol: Daniel Subotiç, 77.

4 fevral

Zirə - Kəpəz

Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə. İdman Kompleksinin stadionu, 14:00

Sumqayıt - İnter

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt. Şəhər stadionu, 16:30


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/186355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR