2016-cı ilin ən çox qazananlarının adı açıqlandı

2016-cı ilin ən çox qazananlarının adı açıqlandı
19:42 3 Fevral 2017
93 İdman
Ölkə mətbuatı
A- A+

"Forbes" jurnalı 2016-cı ildə dünyanın ən çox qazanan idmançılarının adlarını açıqlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, siyahı tərtib olunarkən əmək haqqları, bonuslar və reklamdan gələn gəlirlər əsas götürülüb.

Reytində 1-ci yeri "Real Madrid"in futbolçusu Kriştianu Ronaldu tutub. Portuqaliya yığmasının lideri ötən il 88 milyon dollar (56 milyon klubdan+32 milyon reklamdan) qazanıb. 

"Barselona"nın ulduz futbolçusu Lionel Messi siyahıda 2-ci yeri tutur. Argentinalı futbolçunun gəliri 81,4 milyon dollar (53,4+28) olub. 

Basketbolçu LeBron Ceyms 77,2, tennisçi Roje Federer 67,8 milyon, basketbolçu Kevin Dürant isə 65,2 milyon dollar qazanaraq ilk "5-lik"də qərarlaşıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/513960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR