Ukraynada ağır qəza: 13 hərbçi öldü

Ukraynada ağır qəza: 13 hərbçi öldü
22:27 6 Yanvar 2015
171 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın şərqində münaqişə zonasında Milli Qvardiyanın avtobusunun qəzaya düşməsi nəticəsində 13 hərbi qulluqçu həlak olub.
 
Milli.Az anpress-ə istinadən bildirir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdən ilk foto və videolar yayılıb.
 
Fotoda göründüyü kimi, qəzaya düşən maşınların parçaları yol boyu səpələnib. Toqquşma nəticəsində avtobusun qabaq hissəsi dağılıb, maşından yalnız karkas qalıb.
 
Qeyd edək ki, bir müddət əvvəl bildirilirdi ki, terrorçuluğa qarşı əməliyyatın keçirilmə zonasında hərbi avtomobillər krAZ və avtobusu toqquşub. Qəzada Milli Qvardiyanın batalyonunun 13 hərbçisi həlak olub.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR