64 yasli qadının meyiti evində tapıldı

64 yasli qadının meyiti evində tapıldı
20:19 3 Fevral 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Naftalanda mənzildə qadın meyiti tapılıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Naftalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1953-cü il təvəllüdlü Hüseynova  Firuzə  Qasım qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR