Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ İrana qarşı sanksiyaları genişləndirib.
"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyindən bildiriblər.
Sanksiyalar 13 fiziki şəxsi, İran, BƏƏ, ÇXR, Küveyt və Livan vətəndaşlarını əhatə edib.
Siyahıya həmçinin İran, Livan, ÇXR və BƏƏ-də fəaliyyət göstərən 12 şirkət də daxildir.