"Göydә Allah var, hәr şeyi görür"

"Göydә Allah var, hәr şeyi görür"
20:47 3 Fevral 2017
28 İdman
Ölkə mətbuatı
A- A+

Komandamdan razı qaldım. Uşaqlar yaxşı oyun göstərdilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev deyib.

Görüşdən sonra keçirilən mətbuat konfransında Abdullayev bunları deyib: "Komandamızda inkişaf var. Yeni hücumçumuz gəlib. Yeni futbolçulara komandaya tam uyğunlaşmaqları üçün bir qədər vaxt lazımdı".

- Buraxdığınız qolda hakim səhvi var idi...

- Bunu hamı görür, mən danışmaq istəmirəm. Çünki bununla məşğul olmaq mənim işim deyil. Mən öz komandamla məşğulam. Göydə Allah var, hər şeyi görür.

- "Neftçi" fasilədən sonra güclənib. Hücum xəttinə aldığınız oyunçular komandaya xeyir verəcəkmi?

- Bu gün hər ikisi ilk oyununa çıxmışdı. Komanda yoldaşlarını yaxşı tanımırlar. Deməli, öz oyunlarını tam göstərə bilməzlər. İnanıram ki, 3 turdan sonra bizim azarkeşləri qollarla sevindirəcəklər.

- Köməkçinizin texniki zonadan kənarlaşdırılması nə ilə bağlı idi?

- Oyunda biri emosiyasını saxlaya bilir, digəri yox. Yaxşı olardı ki, belə hallar yaşanmasın. Biz bütün diqqətimizi oyuna yönəltməliyik. Bu barədə çox danışmaq istəmirəm. İntizam Komitəsinin iclası olacaq, orda bu məsələyə aydınlıq gətiriləcək. Biri nəsə söz dedi, o biri də ona cavab qaytardı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR