Çindən ötən il kapital axını tarixi rekord həddə çatıb

Çindən ötən il kapital axını tarixi rekord həddə çatıb
20:57 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Çindən 2016-cı ildə xalis kapital axını tarixi rekord həddə çatıb və 725 mlrd. ABŞ dolları təşkil edib. 
"Report" xəbər verir ki, Vaşinqtonda yerləşən nüfuzlu Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatına görə, siyasi təzyiqlər nəticəsində ABŞ şirkətlərinin mənfəətlərini repatriasiya etməsi kapital axınını daha da sürətləndirə bilər. Hesabatda Çindən 2016-cı ildə xalis kapital axınının illik müqayisədə 50 mlrd. ABŞ dolları və ya 7,4% çox olduğu bildirilir. Bu göstərici həmçinin inkişaf etməkdə olan ölkələrə məcmu kapital axınından çoxdur. 
İİF ekspertlərinin fikrincə, Çindən inkişaf etməkdə olan ölkələrə kapital axını 192 mlrd. dollar təşkil edib. Bu da illik müqayisədə 69 mlrd. dollar və ya 56% çoxdur.
İİF-in proqnozlarına görə, bu il inkişaf etməkdə olan ölkələrdən 206 mlrd. dollar çıxacaq. Bu vəsaitin əsas hissəsi Çindən kapital axınının payına düşəcək. 
Qeyd edək ki, təşkilatın hesabatına əsasən, hələlik inkişaf etməkdə olan ölkələrə bu ilin ilk ayında 12,3 mlrd. dollar vəsait daxil olub. Bunun nə qədər uzun müddətli və dayanıqlı olması isə sual altındadır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/cinden-oten-il-kapital-axini-tarixi-rekord-hedde-catib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR