Millimiz Avropa çempionatında çıxış edəcək

Millimiz Avropa çempionatında çıxış edəcək
21:28 3 Fevral 2017
25 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya şəhərində fevralın 6-9-da taekvondo üzrə klublararası Avropa çempionatı keçiriləcək.

Azərbaycan Taekvondo Federasiyasından Publika.az-a verilən məlumata görə, sayca 5-ci dəfə təşkil olunacaq G1 kateqoriyalı birincilikdə Azərbaycan millisi də iştirak edəcək. Yarışda ölkəmizdə fəaliyyət göstərən "Gilan", "Savalan", "Gafgaz", "Zenit", “Təhsil”, "Gömrükçü" (1 və 2), “Fərasət”, “T. İsmayılov”, "Aran" klublarının idmançıları, həmçinin Lənkəran, Quba və Gəncə UGİM-lərinin üzvləri medallar uğrunda mübarizəyə qoşulacaq.

Bir gün fasilədən sora 11 fevralda sayca 4-cü olan “Turkish Open” beynəlxalq turnir başlanacaq. 4 gün davam edəcək turnirə də yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandamız geniş heyətlə qatılacaq.

Yarışlarda ədalət təmsilçilərimizdən isə federasiyanın Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Elşən Quliyev, Elşad Məmmədov, Tural Vəlibəyov, Ramal Camalov və Çoşqun Nadirli iştirak edəcək. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə fevralın 4-də qardaş ölkəyə yollanacaq komanda, vətənə fevralın 16-da qayıdacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/186365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR