Oturaq həyat tərzinə qarşı mübarizə aparmağı təklif edilir

Oturaq həyat tərzinə qarşı mübarizə aparmağı təklif edilir
22:17 3 Fevral 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünyada yeniyetmələrin 80 faizindən çoxu və böyüklərin təxminən dörddəbiri kifayət qədər aktiv həyat tərzi sürmür ki, bu da piylənmə və digər ciddi xəstəliklərə səbəb ola bilər. Dünya Səhiyyə Təşkilatının (DST) ekspertləri bu barədə xəbərdarlıq edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkimlər dünyanın bütün ölkələrini və icmalarını əhalinin oturaq həyat tərzinə qarşı mübarizə aparmağa və insanların fiziki fəallığı üçün daha çox imkan yaratmağa çağırırlar.

Ekspertlər xatırladıblar ki, müntəzəm fiziki yüklənmə ürəyin işemik xəstəliyi və insultun, diabetin, qan təzyiqi yüksəkliyinin, xərçəngin müxtəlif növlərinin, o cümlədən yoğun bağırsaq və süd vəzi xərçənginin yaranma riskini azaldır, habelə depressiyadan xilas edir.

DST-də bütün yaş qruplarından olan adamların sağlamlığı məqsədilə fəallıq səviyyəsinin artırılmasına dair tövsiyələr təqdim edilib. Təşkilatın nümayəndələri vurğulayıblar ki, hətta məhdud fiziki fəallıq da oturaq həyat tərzindən yaxşıdır. DST-nin press-relizində yazılıb: "Passiv həyat tərzi sürən adamlar sadə fiziki hərəkətlərdən başlamalı, bu hərəkətləri gündəlik həyatına daxil etməli, tədricən onların müddətini və intensivliyini artırmalıdırlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/513990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR