"İndi bədənimə daha çox güvənirəm" - Cey Lo+foto

"İndi bədənimə daha çox güvənirəm" - Cey Lo+foto
22:31 3 Fevral 2017
391 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa və müğənni Cennifer Lopez “W magazine” jurnalının martda çıxacaq nömrəsinin üz qabığına çəkilib.

Axşam.az-ın  xarici KİV-ə istinadən məlumatına görə, jurnalın üz qabığında ifaçı ilə yanaşı məşhur modelyer Donatella Versaçe, Keyt Moss, Cessika Çesteyn və Taraci Xenson da görmək mümkün olacaq.

Eyni zamanda jurnala müsahibə verən Cey Lo açıqlamaları ilə hər kəsi təəccübləndirib. O, bədəninə 20 yaşında olanda deyil, indi daha çox qiymət verdiyini və bəyəndiyini bildirib:

“Oğlanlar 20 yaşında çox cəsarətli olur, qızlar isə həmin yaşda özünə güvənmir. Yetkinlik yaşına çatdıqda qadınlarla kişilərin rolu dəyişir. Kişilər özlərinə  şübhə etməyə başlayır, qadınlar isə öz bədənlərini daha gözəl hesab edirlər. 20 yaşında mən də öz bədənimə baxa bilmirdim. Mənim baxış bucaqlarım da tam fərqli idi. Amma indi mən bədənimi çapıqları ilə birlikdə sevir və ona güvənirəm”.

Əkizləri haqda da danışan aktrisa onlarla tez-tez gəzməyə çıxdığını və övladlarını kənardan izləməyi sevdiyini qeyd edib.

Xatırladaq ki, Cennifer müğənni Mark Entoni ilə boşandıqdan sonra 5 ilə yaxın özündən 18 yaş kiçik rəqqas Kasper Smartla görüşüb. Cütlük ötən ilin sonlarından ayrılmağa qərar verib. Hazırda isə sənətçinin adı repçi Dreyklə hallanır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR