ABŞ-da neft buruqlarının sayı 566 ədədə çatıb

ABŞ-da neft buruqlarının sayı 566 ədədə çatıb
22:42 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-da fevralın 3-də başa çatan həftə ərzində qazma qurğularının sayı 17 ədəd artaraq 729-a çatıb.
"Report" xəbər verir ki, bu barədə "Baker Hughes" şirkətinin məlumatında bildirilir.
Xüsusilə, neft hasilatı üçün nəzərdə tutulan qurğuların sayı 566 ədədə çatıb. Qaz hasilatı üçün nəzərdə tutulan buruqların sayı dəyişməyib və 145 ədəd təşkil edib.
Kanadada qazma qurğularının sayı həftə ərzində 22 ədəd azalaraq 343-ə bərabər olub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-da-neft-buruqlarinin-sayi-566-edede-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR