Alimlər: Gövdə hüceyrələri bəşəriyyəti korluqdan xilas edəcək

Alimlər: Gövdə hüceyrələri bəşəriyyəti korluqdan xilas edəcək
22:52 3 Fevral 2017
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kioto və Osaka universitetlərində, "Riken" Təbiət Elmləri İnstitutunda və Kobe Tibb Mərkəzində çalışan yapon alimləri gövdə hüceyrələri vasitəsilə gözün tor qişası toxumalarının "əkilməsi" üzrə ilk əməliyyata hazırlaşırlar. TASS-ın yaydığı məlumata görə, müvafiq klinik tədqiqatlar 2017-ci ilin birinci yarısında aparılmalıdır. Səhiyyə, Əmək və Rifah Nazirliyinin ekspert komitəsindən artıq razılıq alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkimlər gövdə hüceyrələri əsasında əldə edilmiş göz qişası toxumasını yaşla bağlı makulyar degenerasiyadan əziyyət çəkən adama köçürmək fikrindədirlər. Donor üçün xüsusi tip immuniteti olan, yəni hüceyrələri istənilən orqanizmdə yaşaya bilən adam seçiləcək.

Məlumatda, həmçinin Yaponiyada xüsusi yolla əldə edilən gövdə hüceyrələri bankının yaradılması planından da söz açılır. Bu, müvafiq əməliyyatların aparılmasını tezləşdirməyə imkan verəcək. Məsələ ondadır ki, pasiyentin toxumalarından bu cür hüceyrələrin yetişdirilməsinə altı aydan on ayadək vaxt sərf olunur. Lakin bank gözləmə müddətini bir-iki ay edə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/513988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR