Karies haqqında 10 MARAQLI FAKT. 40 yaşdan sonra...

Karies haqqında 10 MARAQLI FAKT. 40 yaşdan sonra...
23:05 3 Fevral 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az saglamolun.az-a istinadənkaries haqqında 10 maraqlı fakt təqdim edir.

1. Karies dünyada ən yayılmış xəstəlik sayılır. İnsanların 95-99%-də karies var.

2. Maraqlıdır ki, eskimoslarda və Cənub Palmir dağlarında yaşayan qunzu tayfasında kariesə təsadüf edilmir.
3. Qadınlar arasında kişilərlə müqayisədə karies 2 dəfə daha çox təsadüf edilir. Bunu əsasən hamiləlik zamanı kalsiumun orqanizmdən yuyulması ilə əlaqələndirirlər. Bundan əlavə qadınlar şirniyyatlara daha meyillidir.
4. Orta əsrlərdə karies varlı alicənab insanların rəmzi idi. Yalnız onlar kariesə səbəb olan şirniyyat və s.  qəbul edirdi. Ağ sağlam dişlər "dəbdə" deyildi və aşağı təbəqələrin nümayəndəsinə işarə edirdi.
5. 40 yaşdan sonra kariesin inkişafı xeyli ləngiyir.
6. Kariesin inkişafı irsiyyatla bağlıdır.
7. Mütəxəssislər kariesdən qorunmaq üçün pendir yeməyi tövsiyə edirlər.
8. Karies ürək iltihabına səbəb ola bilər.
9. İlk diş fırçasının müəllifləri çinlilərdir. Çində XV əsrdə müasir diş fırçasına bənzəyən fırça icad olunub.
10. Tünd şokolad kariesə səbəb olmur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/513938.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR