Xırdalanda güclü yanğın: ölən var

Xırdalanda güclü yanğın: ölən var
23:24 3 Fevral 2017
56 Digər
Ölkə mətbuatı
A- A+

Xırdalanda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 15 m² olan köməkçi tikilinin yanar konstruksiyaları, ümumi sahəsi 30 m² olan talvarın yanar konstruksiyaları 10 m² sahədə və talvara bitişik ümumi sahəsi 72 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 32 m² sahədə yanıb.

 

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən köməkçi tikilidə 1958-ci il təvəllüdlü Yusifov Faiq Vəliyulla oğlun yanmış meyiti aşkar olunub. Talvarın və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR