Sovetin məşhur kombinatı bərbad vəziyyətdədir - FOTO/VİDEO

Sovetin məşhur kombinatı bərbad vəziyyətdədir - FOTO/VİDEO
23:43 3 Fevral 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə xalçaçılığın kütləvi istehsalından danışmaq olmur.
Publika.az
ARB Kəpəz-ə istinadən xəbər verir ki, Heydər Əliyev və Məhsəti Mərkəzlərində gənc nəsilə bu sənət öyrədilməklə yanaşı, şəhərdəki Tekstil Fabrikindəki xalça sexində istehsal da həyata keçirilir. O da çətinliklə.
Sovetlər dönəmində Gəncə xalçaları xüsusilə fərqlənib. Şəhər büdcəsinin 30%-i Xalça Kombinatının payına düşürdü. 1964-cü ildən 1989-cu ilə qədər tam gücü ilə işləyən və 4 min əhalinin məşğulluğunu təmin edən kombinat 28 ildir ki, istifadəsizdir. Gəncə Şəhər İcra Hakimiyyətinin məlumatına görə, kombinatın müasir səviyyədə bərpası nəzərdə tutulur.
Mobil İmanov - xalça kombinatının işçisi: "Xalçanın qiyməti əvvəl 180 manat idi, 6 kv.m.-dən söhbət gedir. Sonra gördülər yaxşı gedir, elədilər 240, daha sonra 480 manata qaldırdılar. O dövrün puluyla deyirəm, sonra 750 manata oldu. Gördülər ki, bazar var, ikinci növbəni işə saldılar. Layihə gücü ildə 750 min kvadratmetr olan kombinatda 2 milyon 100 min kvadratmetr xalça hazırlanıb. Xalçalar postsovet ölkələri ilə yanaşı ümumilikdə 175 şəhərə göndərilirdi".






Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/186374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR