Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ sanksiyaların genişləndirilməsindən sonra İrana qarşı fəaliyyətini davam etdirəcək.
"Report" xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Şon Spayser deyib.
"Biz bugünkü hərəkətləri diqqətli araşdırmalardan sonra etmişik və (İrana – red.) uyğun hərəkətlərlə cavab verməyi davam etdirəcəyik", - deyə Spayser bildirib.
O, sanksiyaların əvvəlcədən hazırlandığını etiraf edib.