Meşə yanğınları Çiliyə 333 milyon dollar ziyan vurub

Meşə yanğınları Çiliyə 333 milyon dollar ziyan vurub
00:52 4 Fevral 2017
41 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ Çilidə meşə yanğınları nəticəsində dəyən ilkin ziyan 333 milyon dollar məbləğində qiymətləndirilir.
"Report" xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Rodriqo Valdesə istinadən "Reuters" məlumat yayıb.
Onun sözlərinə görə, bu məbləğ meşə plantasiyalarına dəyən ziyan da daxil olmaqla bir neçə zərər kateqoriyasını özündə birləşdirir.
Hazırda Çilinin 7 vilayətində fövqəladə vəziyyət elan olunub. Yanğınlar nəticəsində 11 nəfər ölüb, 150-dən çox adam yaralanıb, 6 mindən çox insan təxliyə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mese-yanginlari-ciliye-333-milyon-dollar-ziyan-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR