Şəkidə ev yandı

Şəkidə ev yandı
03:09 4 Fevral 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Şəkidə fərdi yaşayış evi yanıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın fevralın 4-ü saat 01:00 radələrində rayonun Şəki kəndində, kənd sakini Vazi Bayraməliyevə məxsus, ümumi sahəsi 48 kv/m olan birmərtəbəli, iki otaqdan ibarət fərdi yaşayış evində baş verib.

 

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb.

 

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266771

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR