Şeydayev “Arsenala” keçə bilər

Şeydayev “Arsenala” keçə bilər
03:49 4 Fevral 2017
107 Digər
Ölkə mətbuatı
A- A+

Milli komandamızın üzvü Ramil Şeydayevin karyerası haqqında növbəti iddialar ortaya çıxıb.

 

Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatında çıxan xəbərlərdə oyunçunun yenidən bu ölkəyə dönəcəyi bildirilib.

 

Ötən yay “Zenit”dən “Trabzonspor”a keçən, ancaq “qaradənizlilər”in heyətinə düşməkdə çətinlik çəkən Ramil bu dəfə Tula “Arsenal”ında peyda ola bilər.

 

Maraqlıdı ki, Türkiyə mətbuatında da 20 yaşlı hücumçunun adı açıqlanmayan rus klubuna keçəcəyi haqda xəbərlər yayılıb.

 

Qeyd edək ki, “Arsenal” Rusiya Premyer Liqasının cari mövsümündə 17 turdan sonra 12 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. Şimal qonşumuzda transfer pəncərəsi fevralın 25-dək açıq olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266773

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR