Qonşular arasında torpaq üstündə qan töküldü: 5 ölü, 2 yaralı

Qonşular arasında torpaq üstündə qan töküldü: 5 ölü, 2 yaralı
06:29 4 Fevral 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

Çinin Henyan əyalətinin sakini münaqişə zəminində 5 qonşusunu bıçaqlayaraq qətlə yetirib, daha 2-ni isə yaralayıb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yunçen şəhərində qeydə alınıb.

 

Hadisə yerinə gələn polis əməkdaşları üç nəfərin meyitini, dördünün isə yaralandığını aşkarlayıb. Xəsarət alanlardan ikisi xəstəxanada keçinib.

 

Qonşularına hücum edən şəxs cinayəti törətdikdən sonra intihara cəhd edib. İlkin ehtimala əsasən, faciəyəyə səbəb torpaq üstündə mübahisə olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR