LTE smartfonlarını alanlar artır

LTE smartfonlarını alanlar artır
08:17 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Counterpoint" şirkətinin analitiklərinin məlumatına görə, 2016-cı ildə qlobal smartfon tədarükü 3% yüksələrək 1.5 milyardı ötüb. Bu halda ilin son rübündə bayramqabağı ajiotaj fonunda smartfonların tədarük həcmi 9% artaraq 440 milyon aparat təşkil edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, həmçinin mütəxəssislər məlumat veriblər ki, ötən il dünya bazarına "LTE" texnologiyasını dəstəkləyən 1 milyarddan çox smartfon tədarük olunub. Beləliklə, 5 qurğudan 4-ü dördüncü nəsil mobil rabitə standartını dəstəkləyib. Ekspertlər Çini "LTE" texnologiyasının tətbiqi üzrə lider adlandırıblar və bildiriblər ki, "LTE" abunəçilərinin ümumi sayının təxminən 50%-i adıçəkilən ölkənin payına düşür.

"ICTnews" Elektron Xəbər Xidməti  ABŞ, Çin və Hindistan ən böyük smartfon satış bazarı olublar: 2016-cı ildə dünyada istehsal edilmiş smartfonların ümumi həcminin təxminən 50%-i bu ölkələrə tədarük edilib.
Brendlər haqda məlumat verən analitiklər bildiriblər ki, ilin nəticəsinə görə, smartfon bazarının liderləri "Apple" və "Samsung" şirkətlərinin tədarük həcmində azalma qeydə alınıb, Çin şirkətləri ("Huawei", "Oppo" və "Vivo") isə artımı təmin ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/514063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR