“Pokemon Go”nun gəliri 1 milyard dolları keçdi!

“Pokemon Go”nun gəliri 1 milyard dolları keçdi!
08:37 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

"Pokemon Go"nun gəliri oyunun istifadəyə verilməsindən 7 ay sonra rekord həddi ötüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 2016-cı ilin iyul ayında oyun həvəskarlarının ixtiyarına verilən "Pokemon Go"nun gəliri 1 milyard dolları aşıb.
 
Beləliklə, "Pokemon Go" milyard dollardan çox gəlir əldə etmiş digər mobil oyunların arasında bu məbləği daha tez qazanan oyun kimi tarixə düşüb. Üstəlik, nəzərə almaq lazımdır ki, "Pokemon" Çin kimi nəhəng bazarda yayılmayıb.
 
Qeyd edək ki, daha əvvəl "Candy Crush Saga" və "Puzzles & Dragons" da 1 milyarddan çox gəlir əldə ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/514065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR