Ramil Şeydayev Rusiyaya qayıda bilər

Ramil Şeydayev Rusiyaya qayıda bilər
08:52 4 Fevral 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın üzvü Ramil Şeydayevin karyerası haqqında növbəti iddialar ortaya çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,Rusiya mətbuatında çıxan xəbərlərdə oyunçunun yenidən bu ölkəyə dönəcəyi bildirilib.
 
Ötən yay "Zenit"dən "Trabzonspor"a keçən, ancaq "qaradənizlilər"in heyətinə düşməkdə çətinlik çəkən Ramil bu dəfə Tula "Arsenal"ında peyda ola bilər.
 
Maraqlıdı ki, Türkiyə mətbuatında da 20 yaşlı hücumçunun adı açıqlanmayan rus klubuna keçəcəyi haqda xəbərlər yayılıb.
 
Qeyd edək ki, "Arsenal" Rusiya Premyer Liqasının cari mövsümündə 17 turdan sonra 12 xalla 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. Şimal qonşumuzda transfer pəncərəsi fevralın 25-dək açıq olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR