“Uber”in rəhbəri Trampın Şurasından istefa verdi

“Uber”in rəhbəri Trampın Şurasından istefa verdi
08:57 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

ABŞ-ın "Uber Technologies" şirkətinin rəhbəri Treyvis Kalanik prezident yanında Məsləhət Şurasını tərk edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, səbəb T. Kalanikin ictimaiyyət, o cümlədən şirkətin öz əməkdaşları tərəfindən təzyiqə məruz qalmasıdır.
 
Belə ki, D. Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoymasından sonra ictimai fəallar T. Kalanikə ciddi təzyiq göstəriblər. "Uber"in miqrant olan sürücüləri də öz rəhbərlərinə etirazlarını bildiriblər.  
 
Artıq T. Kalanikin istefası haqda elektron məktub prezident D. Trampa göndərilib. Məktubda bildirilib ki, T. Kalanikin Məsləhət Şurasında iştirakı Tramp və onun proqramına dəstək mənası daşımayıb. "Lakin təəssüf ki, məsələ elə bu cür qəbul olunub" , - deyə "Uber"in rəhbəri söyləyib. O, prezidentin fərmanını tənqid edib.
 
"Reuters" Məsləhət Şurasının üzvü olan digər iş adamlarının da ictimai təzyiqə məruz qaldıqları barədə xəbər yayıb. Artıq "Walt Disney"in icraçı direktoru şuranın iclasına qatılmayacağını deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/514067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR