"Şeydayev mənə lazımdı" - Kiryakov

"Şeydayev mənə lazımdı"  - Kiryakov
09:07 4 Fevral 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Tula “Arsenal”ının baş məşqçisi Sergey Kiryakov iki azərbaycanlı futbolçuyla maraqlanır. Fanat.Az Rusiya mənbələrinə istinadən xəbər verir ki, onlardan biri “Trabzonspor”a lazım olmayan Ramil Şeydayevdi.

 

Şeydayevin keçidi yalnız tərəflər maddi baxımdan razılaşmayacağı halda, alınmaya bilər. Kiryakovun köməkçilərindən birinə “Şeydayev mənə lazımdı, yarayar” dediyini iddia edən həmkarlarımız Ramilin geri dönəcəyini qabardıb.

Tula təmsilçisinə Vaqif Cavadovun (futbolçu özü də danışıq apardıqlarını təsdiqləyib) da xidməti təklif olunub.


 “Arsenal” Premyer Liqada 17 turdan sonra 12 xalla 15-ci pillədə qərarlaşıb. 16 komandanın iştirakıyla keçirilən Rusiya çempionatında fasilədi və transfer pəncərəsi fevralın 25-dək açıq olacaq.

 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quoteydayev-mn-lazmdquot-t56043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR