"Zirə" "Kəpəz"lə, "Sumqayıt" "İnter"lə üz-üzə

"Zirə" "Kəpəz"lə, "Sumqayıt" "İnter"lə üz-üzə
09:17 4 Fevral 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, turun son oyunlarında "Zirə" "Kəpəz"i, "Sumqayıt" isə "İnter"i qəbul edəcək.

İkinci oyun günü "Zirə" və "Kəpəz" arasında matçla start götürəcək. Çempionatın ortababları ilə fərqli start veriblər. Bakılılar mövsümün ikinci yarısına qələbə ilə başladığından qələbənin ardını gətirməyə çalışacaq. Evdə oynamalı olan Gəncə təmsilçisi qar üzündən yenidən Bakıda oynayacaq. Ötən tur darmadağına üzülən qərblilər ardıcıl 2 məğlubiyyətdən sonra xal əldə etməyə iddialıdı.
 
Liderlərin iki ən yaxın izləyicisi Sumqayıtda qarşılaşacaq. 3-cü pillədə qərarlaşan "İnter" liderlərin büdrəməsini gözləyir. "Kəpəz" üzərində böyükhesablı qələbə ilə liderlərə yaxınlaşan bakılılar bu fərqi daha da azaltmaq əzmindədi. "Qəbələ" səfərindən xalla dönən sumqayıtlılar isə həm mövqeyini qorumaq, həm rəqibinə yaxınlaşmaq üçün qalib gəlməlidi.
 
Premyer Liqa
XVI tur
4 fevral (şənbə) 

14:00. "Zirə" - "Kəpəz"
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu

16:30. "Sumqayıt" - "İnter"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt. Şəhər stadionu
 
Turnir cədvəli

1.

Qarabağ

16

11

3

2

29-8

36

2.

Qəbələ

16

10

5

1

32-8

35

3.

İnter

15

7

7

1

25-13

28

4.

Sumqayıt

15

4

6

5

14-19

18

5.

Zirə

15

5

3

7

13-16

18

6.

Kəpəz

15

3

6

6

11-17

15

7.

Neftçi

16

3

1

12

10-32

10

8.

AZAL

16

1

5

10

8-29

8

Bombardirlər: Baqali Dabo, Filip Ozobiç (hər ikisi "Qəbələ") - 7 qol

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR