Hitlerin dövründən miras qalan 10 tikili - FOTO

Hitlerin dövründən miras qalan 10 tikili - FOTO
09:37 4 Fevral 2017
74 Dünya
Ölkə mətbuatı
A- A+

Nasist Almaniyasının inşa etdiyi və öz dövrünə damğa vuran bir çox binalar var. Onlardan bəziləri günümüzə qədər qalıb.

Milli.Az qafqazinfo-ya istinadən həmin tikililəri təqdim edir:

1. Fransanın Loirent şəhərindəki Keroman sualtı bazası.

2. Flak qülələri - Düşmən təyyarələrindən müdafiə məqsədi Vyanada 3-ü inşa edilib.

3. Berlin Olimpiya Stadionu -1916-cı ildə tikilməsi planlaşdırılsa da, I Dünya Müharibəsi və iqtisadi böhranın təsiri ilə baş tutmayıb. 1936-ci ildə stadionun tikintisi tamamlanıb. Stadionun memarları Albert və Verner Mart olub.

4. Berlin Olimpiya şəhərciyi - Berlinin 30 km qərbində inşa edilib. II Dünya Müharibəsində xəstəxana kimi istifadə edilib. SSRİ Berlini ələ keçirəndən sonra buranı hərbi düşərgəyə çevirib.

5. Münhen Sənət Evi (Haus der Kunst) - 1937-ci ildə Alman Sənət Sərgisinə ev sahibliyi edən bu bina Paul Lüdviq Troost tərəfindən inşa edilib. Hitlerin gələcəyin arxitekturası düşüncəsini əks etdirirdi.

6. Prora Tətil şəhərciyi - Rugendəki bu kompleks Klemens Klotz tərəfindən dizayn edilib. Tikintidə 9 min nəfər işləyib.

7. Nazi Party Rally Grounds - Nurembergde inşa edilən tikili Nasist partiyasının xalqla görüş keçirdiyi yer olub.

8. Berlin Aviasiya Nazirliyinin binası - 1936-cı ildə inşa edilən bu binanın dizaynerı Ernst Sagebield idi.

9. NS Ordensburg - Qala görünüşlü bu məktəblər Nasist partiyasının gələcək liderlərini yetişdirmək üçün inşa edilmişdi. Birincisi, 1934-cü ildə Hermann Giesler tərəfindən inşa edilib.

10. Qartal Yuvası - Hitlerin 50-ci ad günü üçün hədiyyə olaraq tikilib. Dağ mənzərəsi ilə diqqət çəkən binaya Hitler ildırım və yüksəklik qorxusu səbəbindən yalnız bir neçə dəfə gedib. Hitlerin intihardan sonra SS əsgərləri tərəfindən yandırılsa da, bina daha sonra bərpa olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR