"Yuventus" baş məşqçisini dəyişir

"Yuventus" baş məşqçisini dəyişir
09:57 4 Fevral 2017
49 İdman
Ölkə mətbuatı
A- A+

“Yuvenstus” rəhbərliyi Massimiliano Alleqriylə vidalaşmaq qərarına gəlib. Fanat.Az “Quotidiano Sportivo”ya istinadən xəbər verir ki, onun boşaldacağı baş məşqçi postuna ən real namizəd “Fiorentina”nın baş məşqçisi Paulo Souzadı.

 


Mənbə ayrılığın mövsümün sonunda reallaşacağını vurğulayıb və bu qərarın İtaliya Superkubokunda “Milan”a məğlubiyyətdən sonra verildiyini yazıb.

Hazırda “bənövşəyilər”in 46 yaşlı çalışdırıcısıyla danışıqlar aparan “Yuve” rəhbərliyi müqaviləsinin müddəti mayda bitəcək mütəxəssisi ələ almaq istəyir.

 

Digər namizədlər isə  Luçano Spaletti, Dieqo Simeone və Eusebio Di Françeskodu.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotyuventusquot-ba-mqcisini-dyiir-t56044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR