Trampın qızı atasına mane oldu

Trampın qızı atasına  mane oldu
10:27 4 Fevral 2017
147 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp və onun əri Cared Kuşner seksual azlıqlara mənsub olan və işləyən vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı proqramın ləğvinə mane olublar.

Milli.Az Politico-ya istinadən bildirir ki, bu proqram ABŞ-ın sabiq prezidenti Barak Obamanın təşəbbüsü ilə qəbul edilmişdi.

Donald Tramp fərman imzalayaraq seksual azlıqların hüquqlarının əlavə olaraq müdafiəsini və transgenderlərin diskriminasiyadan müdafiəsini nəzərdə tutan proqramı ləğv etmək istəyirdi. Lakin İvanka Tramp və Cared Kuşner bu fərmanın imzalanmasına mane olublar.

Bundan başqa, İvanka Tramp və əri ABŞ prezidentinin seksual azlıqlara dəstək verəcəyinə nail olacaqlarını da vurğulayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/514248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR