“Sirlər xəzinəsi” baş tutdu - fotolar

“Sirlər xəzinəsi” baş tutdu -  fotolar
10:31 4 Fevral 2017
43 Şou
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi “Sirlər xəzinəsi” ədəbi-bədii musiqili layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Axşam.az-ın məlumatına görə, Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilən gecə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov layihə çərçivəsində ilk tədbirin Məhəmməd Füzuliyə həsr olunduğunu söyləyib.

Gecədə deputat, professor Nizami Cəfərov, Yazıçılar Birliyinin Qarabağ bölgəsinin sədri Ənvər Əhməd, millət vəkili Qənirə Paşayeva və başqaları yer alıb.

Tədbirdə şairin qəzəlləri və muğamlar səsləndirilib.

Foto: İlqam CƏBİYEV










Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR