Kinoteatrdan oğurlanmış üzüklə bağlı AÇIQLAMA: "Üzüyün qiyməti 9 min manat deyil"

Kinoteatrdan oğurlanmış üzüklə bağlı AÇIQLAMA: "Üzüyün qiyməti 9 min manat deyil"
10:47 4 Fevral 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Nizami Kino Mərkəzi bir neçə gün əvvəl kinoteatrda baş verən oğurluq hadisəsi ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, kinoteatrın mətbuat xidmətinin rəhbəri Arzu Əhədova qafqazinfo-ya bildirib ki, itən üzüyün qiyməti ilə bağlı mediada yanlış məlumat yayılıb. Belə ki, qadın yazdığı şikayət ərizəsində üzüyün qiymətinin 950 manat olduğunu qeyd edib:

"Hadisə fevralın 1-də baş verib. Nizami Kino Mərkəzi ictimai müəssisədir. Məsuliyyət daşımırıq, ancaq bacardığımız qədər köməklik göstərdik. Xanım əlini yumaq üçün sanitar qovşağına gedib, üzüyü çıxarıb, əlini yuyub. Daha sonra filmə baxmaq üçün zala daxil olublar, 1 saatdan sonra üzüyün barmağında olmadığının fərqinə varıb. Sözsüz ki, 1 saat ərzində ora xeyli adam girib. Kameraları heç kəsə göstərmirik, ancaq çalışdıq ki, məsələyə aydınlıq gətirək.

Həmçinin, bizə maraqlı idi ki, əməkdaşlarımız ora gedib, ya yox.

Aydın oldu ki, bizim işçilərimiz həmin ərazidə olmayıb, ancaq tamaşaçılar sözügedən məkana gedib. Tapan şəxs bizim əməkdaşlara təqdim etsəydi, sahibinə verərdik. Polis əməkdaşları cəlb olundu, nişanlı cütlük ərizə yazanda qeyd etdilər ki, itən üzüyün qiyməti 950 manatdır. Media yazıb ki, üzüyün qiyməti 9 min AZN-dir. Bu, yanlış məlumatdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR