Bakıda avtobus sürücüsünü bıçaqladılar

Bakıda avtobus sürücüsünü bıçaqladılar
10:57 4 Fevral 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. 
Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu rayonun Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə olan dayanacaqda naməlum şəxslə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və R.Məmmədov 2 bıçaq zərbəsi alıb.

Çoxlu qan itirən R.Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Qeyd edək ki, R.Məmmədov 163 nömrəli marşrut avtobusunun sürücüsüdür.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/514254.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR