Realmadrid Fondu Bakıda dərs keçdi - FOTO

Realmadrid Fondu Bakıda dərs keçdi - FOTO
11:05 4 Fevral 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Ötən gün "Fundación Real Madrid" (Realmadrid Fondu) məşqçi-təlimatçısı Victor de Arce Azərbaycana səfəri başa çatıb. Səfərin əsas məqsədi Azərbaycanda 2013-cü ildən fəaliyyət göstərən sosial futbol məktəbinin məşqçilik fəaliyyətini qiymətləndirmək və məşqçilər üçün təkmilləşdirilmiş 3 günlük təlim təşkil etməkdən ibarət olub.

Təlimlər Bakı Modern Təhsil Kompleksində baş tutub. Təlimdə Azərbaycan sosial futol məktəbinin 15 məşqçisi iştirak edib. Təlimin əsas mövzuları öyrədici təlim kursunun təşkili sahəsində sesiyaların planlaşdırılması, didaktika, nəzəriyyə, praktika, sağlamlıq vərdişləri və sairdən ibarət olub.

Təlimin ikinci günü İspaniya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristobal Qonsales-Aller Xuradonu Bakı Modern Təhsil Kompleksinə səfər edərək təlim kursu ilə tanış olub. Görüş zamanı Victor de Arce və sosial futbol məşktəbinin direktoru Pirəli Rəhimov cənab səfirə sosial futbol məktəbinin fəaliyyəti haqqında geniş məlumat veriblər. Sonra cənab səfirə Bakı Modern Təhsil Kompleksində tur təşkil edilib.

Təlimin son günü kursu müvəffəqiyyətlə başa vurmuş məşqçilər "İnkişaf Naminə İdman" ictimai birliyi və Bakı Modern Təhsil Kompleksinin rəhbərliyinin iştirakı ilə Fondun sertifikatları təltif olunublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində






Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514251.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR