CNN: Amerikalıların təxminən 53 faizi Donald Trampın addımlarını dəstəkləmir

CNN: Amerikalıların təxminən 53 faizi Donald Trampın addımlarını dəstəkləmir
11:17 4 Fevral 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 fevral. REPORT.AZ/ Amerikalıların təxminən 53 faizi Donald Trampın ABŞ prezidenti olduqdan sonra atdığı addımları dəstəkləmir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu, CNN telekanalının ORC Araşdırma Xidməti ilə birlikdə apardığı ümummilli sorğu nəticəsində məlum olub. 
Məlumata görə, respondentlərin yalnız 44 faizi D.Trampın dövlət başçısı kimi fəaliyyətini bəyənir. CNN telekanalı isə bu rəqəmin araşdırmaların aparıldığı bütün dövrlər ərzində yenicə vəzifəyə gəlmiş ABŞ prezidentinə verilən ən aşağı dəstək göstəricisi olduğunu açıqlayıb.
Rəyi soruşulanların əksəriyyəti D.Trampın immiqrasiya siyasətinin sərtləşdirilməsinə yönəlmiş fərmanlar imzalamasını qəbul etmir. Respondentlərin 53 faizi əhalisinin böyük hissəsi müsəlman olan bəzi ölkələrin vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulması ilə razı deyil. Eyni zamanda, 60 faiz respondent Meksika ilə sərhəddə divar tikilməsi ideyasını dəstəkləmir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cnn-amerikalilarin-texminen-53-faizi-donald-trampin-addimlarini-desteklemir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR