Yeni çip “iPhone 8” smartfonunu məsafədən enerji ilə dolduracaq

Yeni çip “iPhone 8” smartfonunu məsafədən enerji ilə dolduracaq
11:35 4 Fevral 2017
Ölkə mətbuatı
A- A+

“Energous” və “Dialog Semiconductor” şirkətləri gələcək “iPhone 8” smartfonunda tətbiq ediləcək radiotezlik ötürücüsü funksiyasına malik “DA4100” çipini təqdim ediblər. Mikrosxem “WattUp” texnologiyasından istifadə edən məsafəli simsiz enerji doldurma sistemləri üçün nəzərdə tutulub.

“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Energous” mütəxəssislərinin yaratdığı “WattUp” texnologiyası enerjinin radiodalğalar vasitəsilə ötürülməsindən istifadə edərək “Wi-Fi” rabitəsinin işlədiyi eyni tezlik diapazonlarını tətbiq edir.

Texnologiyanın işləməsi üçün transmitter lazımdır, həmçinin hər qəbul edən qurğu xüsusi qəbuledici (məsələn, smartfon üçün çexola, planşet və ya bilavasitə qurğu üçün altlığa quraşdırıla bilər) ilə təchiz edilməlidir. Bu şəkildə sistem 4 voltadək enerjinin transmitterdən 4,4 metr radiusda simsiz ötürülməsini təmin edir.

Məlumata görə, “DA4100” çipindən istifadə məsafəli simsiz enerji doldurma sistemlərinin yaradılmasını xeyli sadələşdirir, onların ölçü və qiymətini azaltmağa imkan verir. Çipin konfiqurasiyasına “ARM Cortex-M0+” prosessoru, radioötürücü və enerji idarəetmə sxemi daxildir. Qabaritləri 7 x 7 mm təşkil edən mikrosxemin tərkibinə, həmçinin gərginlik dəyişdiricisi və digər bloklar daxildir.

Şayiələrə görə, “Apple” şirkəti məsafəli simsiz enerji doldurma imkanının “iPhone 8” smartfonunda tətbiqini planlaşdırır. Onun vasitəsilə smartfonu 5 metrədək radiusda enerji ilə doldurmaq mümkün olacaq.

Digər məlumata görə, ABŞ istehsalçısı gələcək qurğular üçün simsiz enerji doldurma texnologiyası üzərində çalışır.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-45863-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR