Millimizin üzvü Hollandiyada qol vurdu

Millimizin üzvü Hollandiyada qol vurdu
11:37 4 Fevral 2017
46 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiya birinci divizionunda 23-cü turun oyunları keçirilib.

 

19 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü  Ziya Əzizovun çıxış etdiyi "Den Boş" doğma meydanda "NAC Breda" ilə qarşılaşıb. Görüş “Den Boş”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan azərbaycanlı futbolçu matçın 76-cı dəqiqəsində komandasının qələbə qolunu vurub. Bu, onun Hollandiya klubunda 3-cü qoludur.

 

Qeyd edək ki, "Den Boş" 23 turdan sonra 32 xalla 20 komanda arasında 13-cü pillədədir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-hollandiyada-qol-vurdu-t56045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR