Bombardirlərimiz "ofsayd"da

Bombardirlərimiz "ofsayd"da
11:37 4 Fevral 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Avropa miqyaslı turnirlərin ən məhsuldar oyunçularının siyahısını açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası, ümumi avrokuboklarda, həmçinin qitə çempionatında orta məhsuldarlığı ən yüksək olan futbolçuların cədvəli müəyyənləşib.

UEFA-nın hesablamalarında futbolçular üçün vacib şərt kimi minimum 20 matç keçirmək qoyulub. Bu isə o deməkdi ki, yalnız 20 və daha çox oyunda meydana çıxanların məhsuldarlığı hesaba alınıb.
 
Cədvəllərin heç birində Azərbaycan təmsilçiləri yer almayıb. Komandalarımızın qitədəki gücünü nəzərə alsaq, bunu təbii saymaq olar. Apasport.az saytı futbolçularımızı Avropanın ən yaxşıları ilə müqayisə edib.
 
Çempionlar Liqası
1. Herd Müller - 0,97 (34 qol/35 oyun)
2. Xose Altafini - 0,86 (24/28)
3. Ferents Puşkaş - 0,85 (35/41)
 
Azərbaycan futbolu tarixində yalnız bir oyunçumuz UEFA-nın normasını ödəyib. 20 oyun səddini keçən tək təmsilçimiz Mahmud Qurbanov isə qol sevinci yaşamayıb. Bu üzdən "ofsayd"da qalan yığmamızın indiki məşqçisi avropalılarla müqayisəsi mümkünsüzdü.
 
Avropa Liqası
1. Yupp Haynkes - 1,10 (23/21)
2. Darko Kovaçeviç - 1,00 (20/20)
3. Radamel Falkao - 0,94 (31/33)
 
Qitənin ikinci dərəcəli klub turnirində minimum 20 oyun keçirənlərin orta göstəricisində ən məhsuldar azərbaycanlı Əfran İsmayılovdu. 28 matçda 6 qol vuran yarımmüdafiəçi hər qarşılaşmada 0,21 dəfə fərqlənib. Bu, Haynkesin rekordundan 5 dəfədən çox azdı. Karyerasının ən parlaq hissəsi Azərbaycanla bağlı olan legioner Reynaldo isə 28 oyunda 8 qol vurub - 0,29.
 
Avrokuboklarda
1. Radamel Falkao - 0,89 (42/47)
2. Herd Müller - 0,87 (62/71)
3-4. Stefan Quivarş - 0,86 (24/28)
Ferens Puşkaş - 0,86 (37/43)
 
Burada da azərbaycanlıların rekordçusu Əfrandı. 33 avrokubok oyununda 6 dəfə fərqlənən orta sahə futbolçusunun göstəricisi 0,18-di. O, yenə liderdən təxminən 5 dəfə geri qalır. 42 oyunda 12 dəfə qol sevinci yaşayan ən məhsuldar legionerimiz Reynaldo isə hər 90 dəqiqədə 0,29 dəfə fərqlənir.
 
Avropa çempionatları (seçmə mərhələ daxil)
1. Davor Şuker - 0,91 (20/22)
2. Klaas Yan Huntelaar - 0,79 (19/24)
3. David Vilya - 0,78 (18/23)
 
Avropa çempionatlarının seçmə mərhələlərində ən çox qol vuran oyunçumuz Qurban Qurbanov olsa da, sabiq hücumçu 20 matç keçirməyib. Bu üzdən də "Qarabağ"ın indiki baş məşqçisi siyahıya uyğun gəlmir. Bu normanı ödəyənlər sırasında isə yalnız Rəşada Sadıqov qol sevinci yaşayıb. 23 matçdakı 1 qol müdafiəçinin məhsuldarlığını 0,04-dü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR